Nə yaratmaq istəyirsiniz?

Qeydiyyat pulsuzdur və bir dəqiqə çəkir.

Hesabınız var? Daxil olun

Tez-tez verilən suallar

Ümumi

Sayt pulludur?

Xeyr. CV yerləşdirmək, vakansiyalara müraciət, CV bazasında axtarış, namizədin əlaqə məlumatları və vakansiya yerləşdirmək — hamısı pulsuzdur.

Elan və CV nə vaxt saytda görünür?

İlk dəfə yerləşdirilən CV və vakansiyaları admin qısa müddətdə yoxlayır — adətən bir neçə saat ərzində. Sonrakı düzəlişlər dərhal görünür.

Şirkət adının yanındakı ✓ nə deməkdir?

Şirkət VÖEN və sənədləri ilə yoxlanılıb və təsdiqlənib. Bu, elanın real şirkətə aid olduğunu göstərir.

İş axtaranlar üçün

Nömrəmi kim görə bilər?

Yalnız sayta şirkət kimi qeydiyyatdan keçmiş işəgötürənlər. Qeydiyyatsız ziyarətçilər adınızın yalnız baş hərfini görür, nömrə və e-poçt gizlidir.

Hazır CV faylımı yükləyə bilərəm?

Bəli. CV səhifəsində PDF, DOC və ya DOCX faylınızı (5 MB-a qədər) əlavə edin. Bu halda formda yalnız vəzifə, ad, şəhər və telefon kifayətdir.

“Uyğunluq faizi” necə hesablanır?

CV-nizdəki sahə, şəhər, təcrübə, bacarıqlar, maaş gözləntisi və iş qrafiki vakansiyanın tələbləri ilə müqayisə olunur. Vakansiya səhifəsində nəyin uyğun olduğu və nəyin olmadığı ayrıca göstərilir.

CV-ni necə gizlədə bilərəm?

Kabinetdə “CV-ni gizlət” düyməsi ilə, istənilən vaxt. Gizli CV bazada görünmür, amma müraciət etdiyiniz şirkətlər onu görə bilir.

CV-mə hansı şirkətlərin baxdığını görə bilərəm?

Bəli. Kabinetdə “CV-nizə baxan şirkətlər” bölməsində CV-nizə baxan, onu yükləyən və seçilmişlərə əlavə edən işəgötürənlərin siyahısı göstərilir.

“Aktiv iş axtarıram” nə deməkdir?

CV-nizdə iş axtarma statusunu seçə bilərsiniz. “Aktiv” statusda CV-nizdə yaşıl nişan görünür və işəgötürənlər sizi “aktiv iş axtaranlar” filtri ilə tapır. Hazırda işləyirsinizsə, “Təkliflərə açığam” seçin.

CV-mi PDF kimi yükləyə bilərəm?

Bəli. CV səhifəsində 3 dizayndan birini seçib PDF kimi yükləyə bilərsiniz. İşəgötürənlər də CV-nizi sizin seçdiyiniz dizaynda yükləyir.

Şirkətlər üçün

Namizədlərin əlaqə məlumatlarını necə görə bilərəm?

Şirkət kimi qeydiyyatdan keçin və e-poçtunuzu təsdiqləyin — bazadakı bütün namizədlərin telefonu və e-poçtu dərhal açılır.

Vakansiya nə qədər aktiv qalır?

Vakansiya 30 gün aktiv qalır. Müddət bitməzdən 3 gün əvvəl e-poçtla xatırladırıq — bir kliklə 30 gün uzatmaq olar. “Vakansiyalarım” bölməsindən də istənilən vaxt uzada bilərsiniz.

Şirkətimi necə təsdiqlədə bilərəm?

Şirkət profilində VÖEN-i daxil edib təsdiq sorğusu göndərin. Admin yoxladıqdan sonra adınızın yanında ✓ nişanı görünəcək.

Cavabını tapmadığınız sual var? Bizə yazın və ya e-poçt göndərin: [email protected]